Haqqımızda Reklam
06 
Sen
2025
11:04
41
5
2558

14 yaşlı yeniyetməyə qarşı cinsi zorakılıq törətmiş şəxsə hökm oxundu

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs azyaşlıya təcavüz etməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 24News.ge xəbər verir ki, bu barədə Prokurorluğun yaydığı məlumatda qeyd olunub. Məhkəmə prosesində təqdim olunan sübutlarla sübuta yetirilib ki, təqsirləndirilən şəxs 2024-cü il noyabrın 17-də zor tətbiq edərək və zərərçəkmişin köməksizliyindən istifadə edərək, əvvəlcədən bildiyi kimi, azyaşlı, 14 yaşlı yeniyetmə ilə cinsi əlaqədə olub. Samtredia Rayon Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi azyaşlıya təcavüz etməkdə təqsirli bilib. Məhkəmə müttəhimi ittihamlar üzrə təqsirli bilib və 18 il müddətinə azadlıqdan məhrum edib.

www.24news.ge