Haqqımızda Reklam
21 
Sen
2026
20:25
2
1
447

Qaribaşvili həbsxanadan daha bir qalmaqallı məktub yayıb

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasından yaydığı növbəti məktubunda hakimiyyəti kəskin tənqid edib. 24News.ge xəbər verir ki, keçmiş baş nazir İrakli Qaribaşvili həbsinin siyasi motivli olduğunu iddia edir. O, yaydığı məktubda bildirib ki, saxlanılmasının əsas məqsədi onun siyasi fəaliyyətinin qarşısını almaq, reputasiyasını zədələmək və gələcək siyasi karyerasını məhv etmək olub. Qaribaşvili qeyd edib ki, Bidzina İvanişvili ilə 20 illik münasibətlərinə görə qarşıdurmadan qaçmaq məqsədilə “siyasi qurban” olmağa razılaşıb və həbsə düşüb. Onun sözlərinə görə, bununla həm komandanı, həm də ölkəni qorumağa çalışıb, lakin nəticədə “üçüncü dəfə aldadılıb”. Eks-premyer iddia edir ki, əvvəlcə ona həbs olunmayacağı, şərti cəza və cərimə ilə məsələni həll edəcəkləri vəd edilsə də, sonradan bu şərtlər dəyişdirilərək 5 il azadlıqdan məhrumetmə qərarı verilib. Qaribaşvili vurğulayıb ki, artıq günahını etiraf edib, dəymiş ziyanı ödəyib və cəriməni də verib, buna baxmayaraq həbsdə saxlanılması ictimaiyyət üçün anlaşılmaz olub. Onun sözlərinə görə, hakimiyyət həbsindən gözlənilən effekti ala bilmədiyi üçün sonradan yeni ittihamlar irəli sürməyə çalışıb. Qaribaşvili iddia edir ki, məqsəd onun adını tam diskreditasiya etmək və siyasətə qayıtmaq ehtimalını aradan qaldırmaqdır. Keçmiş baş nazir məktubunda hakim komandanı sərt tənqid edərək bildirib ki, onlar “Milli Hərəkat”ın metodlarını tətbiq edir və ölkəni xaosa sürükləyirlər. O, həmçinin hakimiyyəti dövlət institutlarını zəiflətməkdə və ölkənin imicinə zərər vurmaqda ittiham edib. Qaribaşvili əlavə edib ki, son dövrlərdə ona qarşı aparılan kampaniya qorxu və təzyiqdən qaynaqlanır və bunu “çirkin təbliğat” adlandırıb. Eks-premyer sonda hakimiyyətə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb.

www.24news.ge