Haqqımızda Reklam
21 
Sen
2026
15:07
1
3
371

Fermerlərin tələbi nəzərə alındı – Gürcüstana idxal olunan buğdaya gömrük rüsumu tətbiq ediləcək

Gürcüstan hökuməti fermerlərin tələblərini nəzərə alaraq ölkəyə buğda idxalına idxal rüsumunun – “güzgü rüsumu”nun tətbiq edilməsi barədə qərar qəbul edib. 24News.ge xəbər verir ki, “Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyası”nın icraçı direktoru Levan Silaqavanın məlumatına görə, yeni rüsum 1 kiloqram buğda üçün 10 tetri, bir ton üçün isə 100 lari təşkil edəcək. Silaqavanın sözlərinə görə, qərarın qəbul edilməsinin əsas səbəblərindən biri yerli fermerlərin müraciəti olub. O bildirib ki, fermerlər buğdanı satmaqda çətinlik çəkirlər, çünki mövcud qiymət aşağıdır. Bunun əsas səbəblərindən biri isə Rusiyada buğdanın qiymətinin aşağı olmasıdır. Onun sözlərinə görə, Gürcüstanda yerli tələbatı tam qarşılamaq üçün kifayət qədər buğda istehsal olunmur və ölkəyə əlavə olaraq idxal həyata keçirilməlidir. Buna görə də yeni rüsumun hansı müddət ərzində qüvvədə olacağı mühüm əhəmiyyət daşıyır. Silaqavanın bildirdiyinə görə, 21 sentyabrdan etibarən buğda idxalı üçün əvvəlcədən idxal icazəsi alan şəxslərə yeni rejim tətbiq olunacaq və onlar hər ton üçün 100 lari rüsum ödəyəcəklər. Daha əvvəl sifariş vermiş idxalçılar isə məhsulu əvvəlki qaydalarla ölkəyə gətirə biləcəklər. Qeyd edək ki, Gürcüstanda un, arpa və kəpək idxalına rüsum tətbiq olunur. Buğda ununa idxal rüsumu 2023-cü il iyunun 12-dən, kəpək və arpaya isə “güzgü rüsumu” 2023-cü il oktyabrın 10-dan tətbiq edilməyə başlayıb.

www.24news.ge