Haqqımızda Reklam
23 
Avq
2025
22:57
50
5
2126

Gürcüstan və Türkiyəni birləşdirəcək yeni avtomagistral tikiləcək

Yaşayış məntəqələrindən yan keçməklə Gürcüstan və Türkiyəni birləşdirəcək yeni avtomagistral çəkiləcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyindən məlumat verilib. Məlumata əsasən, avtomagistralın inşasına nəzarət üzrə beynəlxalq tender elan olunub. Asfalt-beton örtüklü 11,3 kilometr uzunluğa malik olacaq yeni avtomagistral Batumi dolama yolunu Türkiyənin sərhədindəki Sarpi məntəqəsi ilə birləşdirəcək. Yolun əsas hissəsi yaşayış məntəqələrini yan ötməyə imkan verəcək 7,6 kilometr uzunluqda tunel, 1,47 kilometrlik körpüdən ibarət olacaq. Layihənin təqribi dəyəri 14 milyon ABŞ dolları təşkil edir. Maliyyələşməni Asiya İnkişaf Bankı həyata keçirəcək. Avtomagistralın inşasına nəzarət üzrə xidmətlərin müddəti 48 ay təşkil edəcək.

www.24news.ge