Haqqımızda Reklam
05 
Dek
2024
17:39
22
65
1652

Baş nazir Xüsusi Təyinatlıların siyahısının yayılmasına sərt münasibət bildirib

"Əgər kiminsə hər hansı bir siyahıdan qorxması gərəkirsə, bu, radikallardır. Biz hərəkətə keçəcəyik - bunu hər kəsə vəd edirik". 24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında "Mtavari Arxhi" telekanalının aksiyalarda iştirak edən Xüsusi Təyinatlıların siyahısının yayımlanmasına münasibət bildirib. Kobaxidze Xüsusi Təyinatlıların siyahısının açıqlanmasını psixoloji zorakılıq adlandırıb: "Fiziki olaraq zorakılıq edə bilmədikdə, bu resurs tükəndikdə, psixoloji zorakılığa keçdilər, bu isə liberal faşizmə xasdır. Siyahıların yayılmasına başladılar, o cümlədən Daxili İşlər Nazirliyinin əməkdaşlarının, polis işçilərinin siyahıları. Əgər kiminsə hər hansı bir siyahıdan qorxması gərəkirsə, bu, radikallardır" , - deyə İrakli Kobaxidze vurğulayıb. Məlumat üçün bildirək ki, "Mtavari Arxhi" telekanalı aksiyanın iştirakçılarının döyülməsi və həbs edilməsində iştirak edən xüsusi təyinatlıların siyahısını yayıb. Telekanal bildirib ki, bu siyahı Daxili İşlər Nazirliyindən gizli şəkildə əldə edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989