Haqqımızda Reklam
24 
Iyn
2026
03:44
18
8
567

Türkiyə səfiri Marneuliyə səfər edib (FOTO)

Marneuli meri Daur İsmayılov meriya binasında Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə görüş keçirib. 24News.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb Görüş zamanı mer səfiri diplomatik missiyasının başlaması münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Tanışlıq xarakteri daşıyan görüşdə tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bununla yanaşı, Marneuli bələdiyyəsində mövcud investisiya imkanlarının reallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Gürcüstan və Türkiyə arasında formalaşmış çoxillik strateji tərəfdaşlıq, eləcə də yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin əhəmiyyəti xüsusi vurğulanıb.

www.24news.ge