Haqqımızda Reklam
23 
Iyn
2026
15:04
4
8
1497

Bədbəxt hadisə: 33 yaşlı kişi həlak olub

Siqnaği bələdiyyəsində baş verən bədbəxt hadisə nəticəsində 33 yaşlı kişi həyatını itirib. 24News.ge xəbər verir ki, hadisə rayonun İliatsminda kəndində qeydə alınıb. Yerli sakinlərin verdiyi məlumata görə, Ramaz Dzmanaşvili üzüm bağını dərmanlamaq üçün traktorla hərəkətdə olarkən sahədə yerləşən xəndəyə düşüb. Nəticədə texnika aşıb və sürücü ağır xəsarətlər alıb. Bildirilib ki, kişi hadisə yerində həyatını itirib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

www.24news.ge