Haqqımızda Reklam
23 
Iyn
2026
11:06
20
4
2939

Gürcüstanın ən böyük kəndlərinin siyahısı açıqlanıb: Sadaxlı və Qızılhacılı ilk sıralarda yer alır

Gürcüstanda əhalinin 62%-i (2.442.231 nəfər) şəhər yaşayış məntəqələrində, 38%-i (1.487.350 nəfər) isə kənd yaşayış məntəqələrində yaşayır. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin 2024-cü il Ümumi Siyahıyaalmasının yenidən işlənmiş məlumatlarında deyilir. Bundan əlavə, Geostatın məlumatına görə, Gürcüstanda ümumilikdə 3617 kənd var ki, onlardan 3417-də yaşayış, 200-də isə yaşayış yoxdur. Milli Statistika Xidmətinin məlumatına görə, əhalisinin sayına görə ölkədə ən böyük kənd Saburtalo rayonunda yerləşən və 22.136 sakini olan Diğomidir. Əhali sayına görə Gürcüstanın ən böyük 10 kəndi aşağıdakılardır: Diğomi (Saburtalo rayonu) - 22.136 nəfər; Sadaxlı (Marneuli Bələdiyyəsi) - 10.032 nəfər; Qızılhacılı (Marneuli Bələdiyyəsi) - 8855 nəfər; Tserovani (Mtsxeta Bələdiyyəsi) - 7662 nəfər; Martkopi (Qardabani Bələdiyyəsi) - 6859 nəfər; Sarticala (Qardabani Bələdiyyəsi) - 6621 nəfər; Karaleti (Qori bələdiyyəsi) - 6028 nəfər; Muxrani (Mtsxeta bələdiyyəsi) - 5924 nəfər; Kosalı (Qardabani Bələdiyyəsi) - 5199 nəfər; Qaracala (Telavi Bələdiyyəsi) - 5063 nəfər.

www.24news.ge