Haqqımızda Reklam
23 
Iyn
2026
17:14
20
2
310

Qara Təhlə kəndinin inanclı gəncləri Tbilisidə valideyn himayəsindən məhrum uşaqlara yardım göstəriblər (VİDEO)

Qara Təhlə kəndindən olan bir qrup xeyirxah və inanclı gənclər valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı müəssisəyə yardım ediblər. 24News.ge xəbər verir ki, aksiya çərçivəsində uşaqlara müxtəlif növ şirniyyatlar, pamperslər, eləcə də bir sıra ərzaq məhsulları təqdim olunub. Təşkilatçılar bildiriblər ki, bu təşəbbüsün əsas məqsədi ehtiyacı olan uşaqlara dəstək göstərmək və onlara mənəvi qayğı hissini aşılamaqdır. Xəbər portalımıza açıqlama verən gənclər qeyd ediblər ki, Məhərrəm ayında belə xeyriyyə aksiyalarının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Onların sözlərinə görə, bu ay mərhəmət, paylaşma və çətin vəziyyətdə olan insanlara yardım etmə kimi dəyərlərin ön plana çıxdığı bir aydır. Müəssisə rəhbərliyi də gənclərin bu addımını yüksək qiymətləndirərək onlara təşəkkürünü bildiriblər.

www.24news.ge