Haqqımızda Reklam
26 
Apr
2022
15:14
30
4
2432

Kirovka (Mameyi) kənd sakinləri kəndlərinin keçmiş adının bərpa olunmasını tələb edirlər (VİDEO)

Marneuli bələdiyyəsinin Kirovka (Mameyi) kənd sakinləri kəndlərinin adının dəyişdirilməsində əhalinin fikrinin nəzərə alınmasını tələb edirlər. 24News.ge xəbər verir ki, sakinlər bununla bağlı imza toplayaraq 26 aprel tarixində Marneuli meri Kənan Ömərova, Sakrebulonun sədri Amiran Qiorqadzeyə, Sakrebulo sədrinin müavini Rövşən İskəndərova və Bələdiyyənin infirasturuktur və şəhər salma komisiyyasının sədri Adil Əliyevə rəsmi müriacət ediblər. Sakinlərin sözlərinə görə, onlar kəndlərinin rəsmi adı olan Kirovka adının tarixi adı, Mameyi ilə dəyişdirilməsini tələb edirlər. Sakinlər, sözügedən kəndin adının illər əvvəl tarixi kitablarda Mameyi olaraq keçdiyini, həmçinin bələdiyyədə yaşayan hərkəsin o kəndi Kirovka deyil, Mameyi olaraq tanıdığını bildirirlər. Onlar, Bələdiyyə Məclisinin Kirovka kəndinin adını "Meqobroba" və ya "Mcvane Qora" olaraq dəyişdirilməsində kənd sakinlərinin fikrini nəzərə almadıqlarını, buna görə də imza toplayaraq rəsmi ərizə təqdim etdiklərini bildirirlər. Kənd sakinlərinə məsələdə hüquqi yardım edən "Salam Platforması" qanun əsasında sakinlərin tələblərinin nəzərə alınmalı olduğunu, əks halda isə müvafiq hüquqi yollardan istifadə olunacağını bildiriblər. Xatırladaq ki, Marneuli Bələdiyyəsi Kirovka adının sovet və kommunizm dövrü ilə əlaqəli olduğuna görə kəndin adını ya "Mcvane qora" (Yaşıl təpə) ya da "Meqobroba" (Dostluq) adlandırmaq istəyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989