Haqqımızda Reklam
27 
Sen
2020
12:47
95
1
1518

İlham Əliyevdən açıqlama: "Bu gün Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir"

“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq”. 24News.ge xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bötövlüyünü qoruyur, müdafiə edir", - deyə Əliyev bildirib. İlham Əliyev həmçinin separatçı Ermənistan hökümətinin təxribatlarına da diqqət çəkib: "Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar və qeyri-konstruktuiv və yalançı siyasəti nəticəsində hazırda faktiki olaraq danışqılar dayanıbdır və növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”, - deyə İ. Əliyev bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989