Haqqımızda Reklam
24 
Avq
2026
13:01
3
0
116

Yetkinlik yaşına çatmayan övladlarını dilənçiliyə məcbur edən şəxs saxlanılıb (VİDEO)

Hüquq-mühafizə orqanları azyaşlı övladlarını istismar etməkdə və insan alverində ittiham olunan bir şəxsi saxlayıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan kişi azyaşlı övladlarını psixoloji və fiziki zorakılıq tətbiq etməklə Tbilisidə dilənməyə məcbur edib. Uşaqların dilənçilik yolu ilə topladığı pulları isə özü mənimsəyib. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar. Hazırda zərərçəkmiş uşaqlar Dövlət Qayğısı və İnsan Alveri Qurbanlarına və Zərərçəkənlərə Yardım Agentliyinin xidmət mərkəzində yerləşdirilib. Onların səhhəti üçün təhlükə olmadığı bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin 2-ci və 3-cü hissələri ilə araşdırma aparılır. Qeyd olunan maddə üzrə təqsirli bilinən şəxsi 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

www.24news.ge