Haqqımızda Reklam
24 
Avq
2026
13:36
2
0
61

Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Batumidə saxlanılıb (VİDEO)

Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında İnterpolun qırmızı bülleteni ilə axtarışda olub. Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə saxlanılıb. Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.

www.24news.ge