Haqqımızda Reklam
24 
Avq
2026
13:54
2
0
242

Valideynlər məktəbli formalarını həm mağazalardan, həm də onlayn əldə edə biləcəklər

Gürcüstanda birinci sinif şagirdlərinin valideynləri sentyabrın 1-dən məktəb formasını həm satış məntəqələrindən, həm də onlayn şəkildə əldə edə biləcəklər. 24News.ge xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb. Məlumata görə, məktəb formalarının onlayn satışı üçün formebi.emis.ge elektron platforması yaradılıb. Yeni platforma media nümayəndələrinə Təhsil, Elm və Gənclər nazirinin birinci müavini Levan Ğirsişvili və Təhsilin İdarəolunması İnformasiya Sisteminin (EMIS) rəhbəri Giorgi Aroşvili tərəfindən təqdim olunub. Nazirliyin məlumatına görə, elektron platforma şagirdin valideyninə və ya qanuni nümayəndəsinə məktəb formasını onlayn sifariş etmək və məhsulu evdən çıxmadan göstərilən ünvanda qəbul etmək imkanı verəcək. Sifarişlərin ünvana çatdırılması və müştəriyə təhvil verilməsi Gürcüstan Poçtu tərəfindən həyata keçiriləcək. Platformada istifadəçilər məktəb formalarının modelləri, qiymətləri və ölçüləri barədə məlumat əldə edə, həmçinin bank təklifləri və məktəb formalarının satıldığı məntəqələrin dəqiq ünvanları ilə tanış ola biləcəklər. Məktəb formalarının onlayn platformasının fəaliyyətinin və idarə olunmasının təmin edilməsinə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin Təhsilin İdarəolunması İnformasiya Sistemi (EMIS) cavabdeh olacaq.

www.24news.ge