Haqqımızda Reklam
24 
Avq
2026
11:58
2
0
78

Qazaxıstanda keçirilən seçkilərin nəticələri açıqlandı: Beş partiya parlamentə daxil olur

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Qurultaya keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. 24News.ge xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Nəticələrə əsasən, beş partiya yeni parlamentə keçir. "Avqustun 24-ü səhər saatlarına səsvermənin ilkin nəticələri belədir: "Әdilet" partiyası – 71,17 %; Ümummilli Sosial Demokrat Partiyası – 5,11 %; "Baytak" Yaşıllar Partiyası – 1,7 %; Qazaxıstan Xalq Partiyası – 3,10 %; "Auıl" Xalq-Demokratik Vətənpərvər Partiyası – 6,26 %; "AK jol" Demokratik Partiyası – 5,21 %; "Respublika" partiyası – 5,56 %; "Hamıya qarşı" – 2,51 %", - məlumatda bildirilir. 5%-dən az səs toplayan "Xalq partiyası" və "Baytak" parlamentə keçmir. Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov bildirib ki, seçkilərdə 9,35 milyondan çox insan və ya siyahılara daxil edilmiş vətəndaşların 73,8 %-i iştirak edib.

www.24news.ge