Haqqımızda Reklam
12 
Nybr
2026
22:19
3
2
691

Merab Dvalişvili ilə bağlı davada 10 nəfər saxlanılıb

Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili və Usman Nurməhəmmədovun iştirakı ilə baş verən insidentlə əlaqədar 10 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb. Əbu-Dabi Polis Baş Qərargahının məlumatına görə, əmirlikdə hotelin qarşısında baş verən dava ilə əlaqədar saxlanılan səkkiz nəfərin işi prokurorluğa göndərilib. Bununla yanaşı, Saba Lazişvilinin atası Anzor Lazişvili “Formula”ya açıqlamasında Merab Dvalişvili və Saba Lazişvilinin 48 saatlıq müddətə saxlanıldığını bildirib. “Merab və Saba 48 saat müddətinə saxlanılıb. Məhkəmə olacaq. Hökumət müdaxilə etməli və bizə kömək etməlidir. Ən yüksək səviyyələrdə olan şəxslər məsələyə qarışıb. Mən Saba ilə danışmamışam. O, özü bizə yazıb ki, onlar bizə hücum ediblər. Biz sadəcə şokdayıq”, – deyə Anzor Lazişvili bildirib. Qeyd edək ki, Merab Dvalişvilinin noyabrın 13-də RAF turnirinin əsas qarşılaşmasında Marlon Moraleslə üz-üzə gəlməsi planlaşdırılır. Lakin baş verən insidentdən sonra onun döyüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Xatırladaq ki, Merab Dvalişvili 2025-ci ilin yanvarında Usman Nurməhəmmədovun qardaşı Umar Nurməhəmmədovla qarşılaşıb və qələbə qazanaraq çempionluq titulunu qoruyub. Hazırda çempionluq kəmərinin sahibi rusiyalı Petr Yandır. Dvalişvili son iki döyüşündə məhz Yana məğlub olub.

www.24news.ge