Haqqımızda Reklam
12 
Nybr
2026
16:53
9
1
279

Kavelaşvili Ərdoğanla görüşüb və onu Gürcüstana səfərə dəvət edib (FOTO)

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Antalyada, BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində görüş keçirib. 24News.ge xəbər verir ki, Prezident Administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, ikitərəfli əməkdaşlıq, eləcə də regionda və dünyada baş verən proseslər müzakirə olunub. Bildirilib ki, Kavelaşvili strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduqlarını təsdiqləyib və Ərdoğanı Gürcüstana səfərə dəvət edib. Regional məsələlərin müzakirəsi zamanı Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin ticarət-iqtisadi əlaqələr, nəqliyyat və enerji bağlantıları, Orta Dəhlizin inkişafı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

www.24news.ge