Haqqımızda Reklam
12 
Nybr
2026
19:39
7
0
49

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi təhsil rəhbərləri Bakıda görüşüblər (FOTO)

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud əməkdaşlıq planlarına uyğun olaraq, Bakıda üç ölkənin Milli Müdafiə Universitetlərinin rektorlarının rəhbərlik etdiyi nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əvvəlcə nümayəndə heyətləri Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar, əldə olunan nəticələr və beynəlxalq təcrübə əsasında tətbiq edilən yeniliklər barədə məlumat verilib. Tərəflər üç ölkənin hərbi təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək illərdə birgə tədbirlərin təşkili məsələlərini müzakirə ediblər. Səfər çərçivəsində nümayəndə heyətləri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu da ziyarət ediblər. Nümayəndə heyətlərinin rəhbərləri institutun “Şərəf kitabı”na ürək sözlərini yazaraq göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

www.24news.ge