Haqqımızda Reklam
26 
Nybr
2026
19:54
2
2
115

Kobaxidze Avropa Parlamentinin qətnaməsini tənqid etdi: “Avropa Parlamenti absurd vəziyyətə düşüb”

Baş nazir İrakli Kobaxidze Avropa Parlamentində Gürcüstanla bağlı keçirilən debatları şərh edərək qurumun “absurd vəziyyətə düşdüyünü” bildirib. 24News.ge xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında əfv məsələsinə də toxunub və istənilən məhbus üçün bu təklifin qüvvədə olduğunu qeyd edib. Baş nazirin sözlərinə görə, bir neçə gün əvvəl ağır zorakılıq əməllərində iştirak etmiş səkkiz nəfər əfv olunub: “Bu halda Avropa Parlamenti absurd vəziyyətə düşüb. Biz çox sadə bəyanat vermişik. Bir neçə gün əvvəl ağır zorakılıq əməllərində iştirak etmiş səkkiz nəfəri əfv etdiyimizi gördünüz. Hətta polis əməkdaşına qarşı kobud və ləyaqətsiz davranan şəxslərə münasibətdə də humanist addım atıldı. Onların törətdikləri ağır zorakı cinayətlərə baxmayaraq, azadlığa buraxıldılar. Biz verdiyimiz vədi tam şəkildə yerinə yetirdik. Cəmiyyətə nə vəd etmişdiksə, onu da həyata keçirdik. Cinayətlərin ağırlığına baxmayaraq, bütün bu məhbuslar azadlığa buraxıldı. Hazırda dövlət hakimiyyətini devirməyə cəhd göstərmiş istənilən məhbus üçün də eyni təklif qüvvədədir. Belə bir şəraitdə Avropa Parlamentinin bu cür bəyanat verməsi tamamilə anlaşılmazdır”, – deyə Kobaxidze bildirib. Qeyd edək ki, ötən gün Avropa Parlamentində Gürcüstanla bağlı debatlar keçirilib. Bu gün isə qurumda “Paata Burçuladzenin işi və ‘Gürcü Arzusu’ rejimi dövründə siyasi məhbuslar” adlı qətnamə layihəsi üzrə səsvermənin keçirilməsi planlaşdırılır.

www.24news.ge