Haqqımızda Reklam
26 
Nybr
2026
23:22
2
1
346

Batumidə “Beşiktaş” – “Hapoel” matçında insident: Bir neçə nəfər saxlanılıb

Batumidə Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klubları arasında keçirilən oyun zamanı stadionda baş verən fiziki qarşıdurma ilə əlaqədar hüquq-mühafizə orqanları bir neçə nəfəri saxlayıb. 24News.ge xəbər verir ki, saxlanılma zamanı “Beşiktaş” azarkeşləri polislə fiziki qarşıdurmaya girib və hüquq-mühafizə əməkdaşlarına müxtəlif əşyalar atıblar. Baş verən insident səbəbindən oyun müvəqqəti dayandırılıb. Lakin hazırda qarşılaşma yenidən davam etdirilir. Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Beşiktaş” və Beer-Şeva təmsilçisi “Hapoel” arasında keçirilən matçın İstanbul əvəzinə Batumidə təşkil olunmasına qərar verilib. UEFA-nın açıqlamasına görə, təhlükəsizlik səbəbindən qarşılaşmanın İstanbulda keçirilməsi mümkün olmayıb və bu səbəbdən oyun Gürcüstanda təşkil edilib.

www.24news.ge