Haqqımızda Reklam
26 
Nybr
2026
20:19
2
2
62

Gürcüstan və Türkiyənin baş prokurorları cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürklə görüş keçirib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, görüşdə son illər iki ölkə arasında cinayət hüququ sahəsində əməkdaşlıq nəticəsində əldə olunan konkret nəticələrə xüsusi diqqət yetirilib. Giorgi Qvarakidze səmərəli əməkdaşlığa görə Muhsin Şentürkə təşəkkür edib və iki ölkə arasındakı münasibətlərin ədliyyə sahəsində sıx əməkdaşlığa imkan yaratdığını bildirib. Öz növbəsində, Muhsin Şentürk göstərilən qonaqpərvərliyə görə Gürcüstanın Baş prokuroruna minnətdarlığını bildirib. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib. Görüş zamanı tərəflər aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını, gələcək fəaliyyətin konkret istiqamətlərini, cinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsini və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini müzakirə ediblər. Görüşdə Gürcüstan Baş prokurorunun birinci müavini Kaxaber Muradaşvili, müavinləri Amiran Quluaşvili və Avtandil Koclamazişvili, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Giorgi Mikava, Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Ari, eləcə də Türkiyə tərəfinin digər nümayəndələri iştirak ediblər.

www.24news.ge