Haqqımızda Reklam
29 
Okt
2026
14:14
4
0
93

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib (VİDEO))

Ermənistan parlamentində deputatlar arasında fiziki qarşıdurma yaşanıb. 24News.ge xəbər verir ki, hadisə Ermənistan Milli Assambleyasında Audit Palatasının üzvünün seçilməsi məsələsi müzakirə olunarkən baş verib. Nəşrin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Taron Çaxoyan çıxışı zamanı “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyana müraciət edib. Çaxoyan bildirib ki, Karapetyanın əmisi oğlunun parlament seçkilərindən əvvəl səsləndirdiyi fikirlərə görə hələ də üzr istəməyib. Həmin açıqlamada hakimiyyətə gələcəkləri təqdirdə qadınların tələbatlarını qarşılamaq üçün ayrıca nazirlik yaratmağı planlaşdırdıqları deyilmişdi. Bundan sonra Narek Karapetyan Çaxoyanın tribunası yaxınlaşaraq deputatlar arasında fiziki qarşıdurmaya səbəb olub. Hadisədən sonra Ermənistan Milli Assambleyasının iclasında fasilə elan edilib.

www.24news.ge