Haqqımızda Reklam
29 
Okt
2026
13:03
5
1
125

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana səfər edəcək

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-30-da işgüzar səfərlə Gürcüstanda olacaq. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Gürcüstan və Azərbaycanın baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək. Həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə azərbaycanlı həmkarı arasında təkbətək görüşün keçirilməsi planlaşdırılır. Əli Əsədov Gürcüstana nümayəndə heyəti ilə birlikdə səfər edəcək. Nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin elm və təhsil nazirləri daxildir.

www.24news.ge