Haqqımızda Reklam
28 
Okt
2026
13:59
5
4
1270

Marneulidə gənc oğlan bıçaq xəsarətləri alıb

Bu gün saat 12:30 radələrində Marneulidə bıçaqlanma hadisəsi baş verib. 24News.ge xəbər verir ki, Rustaveli (Sarvan) küçəsində yerləşən ət mağazasında gənc oğlan bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Şahidlərin verdiyi məlumata görə, gənc oğlan bıçağın üzərinə yıxılıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda ərazi sarı lentlə əhatəyə alınıb. Faktla bağlı araşdırma aparılır. Hadisə ilə bağlı 24News.ge Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat alamağ çalışır. 

www.24news.ge