Haqqımızda Reklam
22 
Okt
2026
13:21
7
1
142

Batumidə Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Sabah Batumidə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Mərkəzi Asiya ölkələrinin XİN başçılarının görüşü keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. Məlumata görə, Türkmənistanın xarici işlər naziri Raşid Meredov, Qazaxıstanın - Muxtar Tleuberdi, Qırğızıstanın - Jeenbek Kulubayev, Tacikistanın - Sirociddin Muhriddin və Özbəkistanın - Bəxtiyor Saidov Gürcüstana səfər edəcəklər. Tədbir çərçivəsində Boçorişvilinin nazir həmkarları ilə ikitərəfli görüşləri də planlaşdırılıb.

www.24news.ge