Haqqımızda Reklam
20 
Okt
2026
21:39
4
1
209

Qafqaz Universiteti 24News medianı mükafatlandırıb (FOTO)

Gürcüstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qafqaz Universiteti 24News media qurumunu mükafatlandırıb. Oktyabrın 20-də universitetin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Tamta Butxuzi və Tələbə və Təşkilati Tədbirlər Xidmətinin rəhbəri Meri Xviçia media qurumunun ofisini ziyarət ediblər. Qonaqlar "Lider Media" təşkilatının və "24News" medianın rəhbəri Azər Məmmədovla görüşüblər. Görüşdə universitetin Marketinq Layihələri Meneceri Ceyhun Məhəmmədəli də iştirak edib. Səfər zamanı qonaqlar media qurumunun ofisi, əməkdaşları, iş prosesi və studiyaları ilə tanış olublar. Azər Məmmədov 2018-ci ildən fəaliyyət göstərən medianın regiondakı rolu, həyata keçirdiyi layihələr və gördüyü işlər barədə məlumat verib. Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qafqaz Universitetinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Tamta Butxuzi bildirib ki, universitet "24News" medianın regiondakı fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, universitetin rektoru Kaxa Şengeliya da regionda belə bir media qurumunun fəaliyyət göstərməsini, etnik azərbaycanlıların ölkədə baş verən siyasi və ictimai hadisələr barədə məlumatlandırılmasını, bölgənin sosial-iqtisadi problemlərinin gündəmə gətirilməsini və milli mədəniyyətin təbliğini yüksək qiymətləndirib. Tamta Butxuzinin sözlərinə görə, bu fəaliyyətə görə Qafqaz Universiteti "24News" medianı rəmzi mükafatla təltif edib.

www.24news.ge