Haqqımızda Reklam
20 
Okt
2026
21:26
2
2
181

Rustavidə sahibsiz itdə quduzluq aşkarlanıb – sakinlərə çağırış edilib

Rustavi şəhərində sahibsiz itdə quduzluq xəstəliyi aşkarlanıb. Bununla əlaqədar Milli Qida Agentliyi sakinlərə müraciət edib. 24News.ge xəbər verir ki, agentliyin məlumatına görə, sentyabrın 30-dan oktyabrın 9-dək Rustavi şəhərində, Leonidze parkında və ətraf ərazilərdə boyun nahiyəsində ip olan qara rəngli itlə təmasda olmuş şəxslər dərhal müvafiq səhiyyə xidmətinə və ya tibb müəssisəsinə müraciət etməlidirlər. Məlumata əsasən, vətəndaş oktyabrın 8-də Leonidze parkında tapdığı sahibsiz iti əvvəlcə bir baytarlıq klinikasına, daha sonra isə digər klinikaya aparıb. İt sonradan tələf olub. Kənd Təsərrüfatı üzrə Dövlət Laboratoriyasında aparılan müayinələr nəticəsində heyvanda quduzluq xəstəliyi təsdiqlənib. Agentliyin bildirdiyinə görə, quduzluğa yoluxmuş itlə onlarla insan təmasda olub. Onların arasında Rustavi və Tbilisidə yerləşən baytarlıq klinikalarının əməkdaşları da var. Həmin şəxslər artıq tibb müəssisələrinə müraciət ediblər. Hadisə ilə əlaqədar sözügedən klinikalarda dezinfeksiya işləri aparılıb və qanunvericiliklə nəzərdə tutulan digər tədbirlər həyata keçirilib. Milli Qida Agentliyi itlə təmasda olmuş şəxsləri vaxt itirmədən həkimə müraciət etməyə çağırıb.

www.24news.ge