Haqqımızda Reklam
20 
Okt
2026
15:04
16
0
713

Aysun Quliyevanın yaxınları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər (VİDEO)

Marneuli bələdiyyəsinin Yuxarı Saral kənd sakini, 23 yaşlı Aysun Quliyevanın faciəvi ölümü ilə bağlı onun yaxınları Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçiriblər. 24News.ge xəbər verir ki, aksiya iştirakçıları əllərində “Aysun Quliyeva üçün ədalət tələb edirik” və “Aysun üçün susmayaq” şüarları yazılmış plakatlar qaldırıblar. Mərhumun yaxınları bildiriblər ki, hadisədən altı ay keçməsinə baxmayaraq, istintaqla bağlı hələ də konkret nəticə əldə olunmayıb. Onların sözlərinə görə, araşdırma lazımi səviyyədə aparılmır. Aysun Quliyevanın valideynləri qızlarının intihar etmədiyini, qətlə yetirildiyini iddia edirlər. Onlar bu iddianı təsdiqlədiyini düşündükləri kifayət qədər sübut və dəlillərin olduğunu bildirirlər. Ailənin vəkili isə qeyd edib ki, Aysun Quliyevanın valideynləri hadisənin hansı şəraitdə baş verdiyini, bunun intihar, yoxsa qətl olduğunu aydınlaşdırmaq istəyirlər. Vəkilin sözlərinə görə, bu günədək ekspertizanın nəticələri də açıqlanmayıb. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge