Haqqımızda Reklam
19 
Okt
2026
12:16
10
2
251

Albaniyada iğtişaşlar şiddətlənir

Albaniyada Baş nazir Edi Ramaya qarşı ardıcıl altıncı gündür davam edən etiraz aksiyaları dünən daha da şiddətlənib. Hökumət rəhbəri bir saatlıq müraciətlə çıxış edərək vəzifəsini tərk etməyəcəyini bildirib. 24News.ge xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb. Oktyabrın 18-də hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Tiranada Albaniyanın Təhsil Nazirliyinin binasının qarşısı nümayişlərin əsas mərkəzlərindən birinə çevrilib. Etirazçıların paytaxtın mərkəzinə yayılması saatlarla davam edən şiddətli toqquşmalara səbəb olub. Nümayişçilər asayiş keşikçilərinə daş, "Molotov kokteyli" və pirotexniki vasitələr atıb, zibil qutularını yandırıb, həmçinin hakim partiyanın mənzil-qərargahı da daxil olmaqla, binaların şüşələrini sındırıblar. Bundan əlavə, polis bölməsi və Daxili İşlər Nazirliyinin binasının girişi yandırılıb. Məlumata görə, ümumilikdə oktyabrın 18-də 19-u polis olmaqla 28 nəfər yaralanıb. Bir həftə ərzində aksiyalarda xəsarət alanların ümumi sayı 272 nəfərə çatıb ki, onların da 169-u polis əməkdaşıdır.

www.24news.ge