Haqqımızda Reklam
19 
Okt
2026
16:01
6
1
909

Gürcüstanda qadın və kişilərin mövcud sayı açıqlanıb: Qadınlar çoxluq təşkil edir

Gürcüstanda 1 milyon 887 min kişi və 2 milyon 53 min qadın yaşayır. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (Geostat) açıqladığı demoqrafik məlumatlarda qeyd olunur. 24News.ge xəbər verir ki, 2026-cı ilin məlumatlarına əsasən, Gürcüstanın əhalisi 3 milyon 941 min nəfər təşkil edir. Geostatın məlumatına görə, ötən ilin eyni dövründə ölkə əhalisinin sayı 3 milyon 930 min nəfər olub. Onlardan 1 milyon 881 mini kişi, 2 milyon 49 mini isə qadın olub. Yaş qruplarına görə, Gürcüstanda ən çoxsaylı əhali qrupu 35-39 yaş aralığında olanlardır. Bu yaş kateqoriyasına 303,2 min nəfər daxildir. İkinci yerdə 10-14 yaş qrupu qərarlaşıb. Bu kateqoriyada 289,3 min nəfər var. Üçüncü yerdə isə 40-44 yaş aralığında olanlar gəlir — 280,3 min nəfər. Ən azsaylı yaş qruplarına gəlincə, 80-84 yaşlı insanların sayı 60,8 min, 85 və daha yuxarı yaşda olanların sayı isə 68,2 min nəfərdir. Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstan əhalisinin yaş qrupları üzrə bölgüsü aşağıdakı kimidir: 35-39 yaş — 303,2 min nəfər; 10-14 yaş — 289,3 min nəfər; 40-44 yaş — 280,3 min nəfər; 15-19 yaş — 268,2 min nəfər; 30-34 yaş — 267,2 min nəfər; 5-9 yaş — 256,9 min nəfər; 65-69 yaş — 246,1 min nəfər; 60-64 yaş — 245,9 min nəfər; 45-49 yaş — 244,8 min nəfər; 20-24 yaş — 223,5 min nəfər; 50-54 yaş — 223,5 min nəfər; 55-59 yaş — 209,8 min nəfər; 70-74 yaş — 199,4 min nəfər; 1-4 yaş — 167,2 min nəfər; 75-79 yaş — 138,1 min nəfər; 85 və daha yuxarı yaş — 68,2 min nəfər; 80-84 yaş — 60,8 min nəfər; 1 yaşadək uşaqlar — 36,9 min nəfər.

www.24news.ge