Haqqımızda Reklam
09 
Okt
2026
14:59
5
3
385

Avtomobillərin səs-küy həddinin 100 desibelə qaldırılması müzakirə olunur

Gürcüstanda nəqliyyat vasitələrinin yaratdığı səs-küylə bağlı icazə verilən həddin 85 desibeldən 100 desibelə qaldırılması məsələsi müzakirə olunur. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin sözlərinə görə, küçələrdə nəqliyyat vasitələrinin yaratdığı həddindən artıq səs-küylə bağlı sakinlər dəfələrlə narazılıqlarını ifadə ediblər. Hazırda bu sahədə müəyyən məhdudiyyətlər tətbiq olunur. Kobaxidze qeyd edib ki, Gürcüstanın Daxili İşlər Nazirliyi müvafiq federasiya ilə birlikdə səs-küy həddinin artırılması məsələsi üzərində fəal işləyir: “Hazırda hədd 85 desibeldir. Lakin Daxili İşlər Nazirliyi, o cümlədən müvafiq federasiya ilə birlikdə bu məsələ üzərində fəal işləyir. Federasiya tərəfindən həddin 100 desibelə qaldırılması təşəbbüsü irəli sürülüb. Düşünürük ki, hər kəsin maraqlarını balanslı şəkildə təmin edəcək uyğun həll yolu tapılacaq. Bir tərəfdən, həddindən artıq səs-küy yaxşı deyil, digər tərəfdən isə nəqliyyat vasitələrinin sahiblərinin maraqları da nəzərə alınmalıdır”, – deyə Kobaxidze bildirib. Baş nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı işləri davam etdirir və yaxın vaxtlarda qərarın qəbul edilməsi gözlənilir.

www.24news.ge