Haqqımızda Reklam
05 
Okt
2026
20:22
5
17
3327

Marneuli-Tbilisi yolunda ölümlə nəticələnən qəza hadisəsi baş verib

Bu gün axşam saat 19:30 radələrində Marneuli-Tbilisi yolunun Marabda hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər portalının əldə etdiyi məlumata görə, qəza zamanı “Niva” markalı avtomobil mikser yük maşını ilə toqquşub. Mövcud məlumata əsasən, “Niva”da olan şəxslərdən biri hadisə nəticəsində həyatını itirib. Digər şəxsin isə vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

www.24news.ge