Haqqımızda Reklam
01 
Okt
2026
00:08
1
2
88

Moskva Patriarxlığının nümayəndə heyəti Gürcüstana səfər edib (VİDEO)

Moskva Patriarxlığının nümayəndə heyəti Gürcüstan Patriarxlığını ziyarət edib. 24News.ge xəbər verir ki, Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin yaydığı məlumata görə, nümayəndə heyətini Ümumi Gürcüstan Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Pitsunda-Suxumi-Abxaziya mitropoliti Şio III qəbul edib. Görüşdə yüksək rütbəli digər din xadimləri də iştirak ediblər. Patriarxlığın iqamətgahında Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Şöbəsinin rəhbəri, Volokolamsk mitropoliti Anton, eləcə də Moskva və Bütün Rusiyanın Patriarxının müşaviri iştirak edib. Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Caqmaidzenin sözlərinə görə, Volokolamsk mitropoliti Antonun rəhbərlik etdiyi nümayəndə heyəti Şio III-ə patriarx seçilməsi münasibətilə Moskva Patriarxının təbriklərini çatdırıb. Onun sözlərinə görə, görüşdə əsas diqqət Gürcüstan kilsəsinin işğal olunmuş Abxaziya və Tsxinvali regionlarında üzləşdiyi problemlərə yönəlib. Caqmaidze bildirib ki, tərəflər bu məsələlərin iki xalq arasında münasibətlərə mənfi təsir göstərdiyini vurğulayıblar. O qeyd edib ki, işğal olunmuş ərazilər Gürcüstan kilsəsi və bütövlükdə ölkə üçün “sağalmayan yara” kimi qiymətləndirilib. Patriarxlığın nümayəndəsinin sözlərinə görə, görüş zamanı hər iki tərəf həmin regionlarda kilsə həyatının tənzimlənməsi istiqamətində müəyyən imkanların mövcud olduğunu qeyd edib. Görüşdə həmçinin Gürcüstanın mərhum Katolikos-Patriarxı II İlyanın fəaliyyəti və xidmətləri xatırlanıb. Andria Caqmaidzenin sözlərinə görə, görüş gələcəkdə bu məsələlərin həlli istiqamətində müəyyən addımların və yolların tapılması ilə bağlı ümid yaradıb.

www.24news.ge