Haqqımızda Reklam
30 
Sen
2026
18:01
10
30
2580

Marneulidə 23 yaşlı Mehdi Quliyev qəfil vəfat edib

Marneuli bələdiyyəsinin Təzəkənd sakini, 23 yaşlı Mehdi Quliyev ürək tutması nəticəsində həyatını itirib. 24News.ge xəbər verir ki, gəncin evdə qəfil vəziyyəti pisləşib. Yaxınları təcili tibbi yardım çağırıblar. Vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onu öz avtomobilləri ilə xəstəxanaya aparmağa çalışıblar. Yaxınları Gülbahar restoranının yaxınlığında təcili tibbi yardım briqadası ilə qarşılaşıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

www.24news.ge