Haqqımızda Reklam
30 
Sen
2026
20:21
29
4
1100

Saakaşvili: “Qardaşımız Azərbaycanla tarixi mövzular ətrafında münasibətlərimiz gərginləşib"

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili həbsxanadan növbəti açıqlamasını yayıb. 24News.ge xəbər verir ki, Saakaşvili ölkənin “sahibsiz qaldığını” iddia edib və bu vəziyyət fonunda hərəkətə keçməyin vacib olduğunu bildirib. Saakaşvili qeyd edib ki, onun fikrincə, bir tərəfdən Rusiya Bidzina İvanişviliyə Gürcüstanın tarixini yenidən yazmağı və bunu Rusiya narrativlərinə uyğunlaşdırmağı tapşırıb, digər tərəfdən isə İran öz səfiri vasitəsilə analoji addımlar atmağa başlayıb. O, həmçinin Azərbaycanla tarixi mövzular ətrafında münasibətlərdə gərginliyin yarandığını bildirib: "Bir tərəfdən, Rusiya İvanişviliyə tariximizi yenidən yazmağı və onu Rusiya narrativlərinə uyğunlaşdırmağı tapşırıb. Digər tərəfdən isə İran “biz nə ilə əksiyik?” deyərək öz səfiri vasitəsilə eyni işə başlayıb. Qardaşımız Azərbaycanla da tarixi mövzular ətrafında münasibətlərimiz gərginləşib. Bir sözlə, hər şeyi itirməmişdən əvvəl hərəkətə keçməliyik!” – deyə Mixeil Saakaşvili yazıb.

www.24news.ge