Haqqımızda Reklam
30 
Sen
2026
19:20
10
12
1084

Tbilisidə Azərbaycan və Gürcüstan bayrağı olan stend aşırdılıb (FOTO)

Paytaxt Tbilisinin yaxınlığında yerləşən Krtsanisi Milli Meşə Parkında Azərbaycan və Gürcüstan dövlət bayraqlarının əks olunduğu stend aşırılıb. 24News.ge “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da baş verib. Məlumata görə, stenddə əks olunan Azərbaycan dövlət bayrağının üzəri naməlum şəxs və ya şəxslər tərəfindən cızılıb. Hadisənin hansı səbəbdən törədildiyi və stendin kim və ya kimlər tərəfindən aşırıldığı hələlik məlum deyil. Qeyd edək ki, sözügedən stend Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin simvolu kimi, ərazidə əkilmiş ağacların qarşısında yerləşdirilmişdi.

www.24news.ge