Haqqımızda Reklam
01 
Okt
2026
23:56
3
0
72

Fransa, Almaniya və Polşa səfirləri Tbilisidə “Veymar üçbucağı”nın gələcəyini müzakirə ediblər

“Veymar üçbucağı”nın yaradılmasının 35-ci ildönümü münasibətilə Fransanın, Almaniyanın və Polşanın Gürcüstandakı səfirləri Tbilisidə görüş keçiriblər. 24News.ge xəbər verir ki, Gürcüstandakı Almaniya səfirliyinin yaydığı məlumata görə, görüşdə üçtərəfli əməkdaşlığın gələcəyi və Gürcüstanda birgə fəaliyyət perspektivləri müzakirə olunub. Səfirliyin məlumatına əsasən, ildönümü münasibətilə Polşanın Gürcüstandakı iqamətgahında keçirilən işgüzar nahar zamanı regional çağırışlar kontekstində Avropa və əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi davam etdirilib. Səfirliyin yaydığı açıqlamada qeyd olunub ki, yaradılmasından 35 il keçməsinə baxmayaraq, “Veymar üçbucağı” Fransa, Almaniya və Polşa arasında dialoq və koordinasiyanın əsas platformalarından biri olaraq qalır.

www.24news.ge