Haqqımızda Reklam
01 
Okt
2026
15:38
6
7
520

Pensiyalar artırılır, bəs dolanışıq xərcləri? – Sakinlər nə deyir? (VİDEO)

2027-ci il dövlət büdcəsinin layihəsinə əsasən, əhalinin pensiya təminatı üçün ayrılan vəsait 555 milyon lari artırılacaq. 24News.ge xəbər verir ki, 70 yaş və yuxarı şəxslərin pensiyası 60 lari artaraq 555 lariyə, dağlıq ərazilərdə isə 665 laridən yuxarı məbləğə çatacaq. 70 yaşadək pensiyaçıların ödənişi isə 20 lari artırılaraq 390 lari, dağlıq ərazilərdə isə 468 lari olacaq. Bəs artırılan pensiya məbləği pensiyaçıların bir aylıq əsas ehtiyaclarını qarşılamağa kifayət edirmi? Bu sualla bankomatların qarşısında pensiyalarını almaq üçün növbə gözləyən sakinlərlə söhbətləşdik. Sakinlərin əksəriyyəti bildirdi ki, mövcud qiymətlər fonunda pensiya məbləği aylıq xərcləri qarşılamaq üçün kifayət etmir. Onların sözlərinə görə, ərzaq, kommunal xidmətlər, dərman və digər gündəlik tələbatların qiymətlərinin artması pensiyaçıların maddi vəziyyətinə ciddi təsir göstərir və ay ərzində müxtəlif çətinliklərlə üzləşmələrinə səbəb olur. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge