Haqqımızda Reklam
02 
Okt
2026
00:02
0
1
200

Qarşıdakı günlərin hava proqnozu açıqlanıb

Oktyabrın 4-dək ölkə ərazisində qeyri sabit hava şəraiti hökm sürəcək. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qeyd olunan dövrdə ölkə ərazisində ara-bir yağış yağacağı, küləy əsəcəyi və şimşək çaxacağı, bəzi yerlərə dolu düşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında suyun səviyyəsinin qismən artması, kiçik çaylarda daşqınların baş verməsi təhlükəsi mövcuddur. Oktyabrın 4-dək havanın temperaturu gündüzlər +17, +19°, gecələr isə +9, +11° təşkil edəcək. Sinoptiklər oktyabrın 5-dən etibarən havanın temperaturunun qismən artacağını və +20, +22 dərəcə təşkil edəcəyini proqnozlaşdırırlar.

www.24news.ge