Haqqımızda Reklam
23 
Sen
2026
20:44
5
16
1373

Gürcüstanda yanacağın qiyməti yenidən artıb

Son bir həftə ərzində bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti əlavə olaraq 10 tetriyə qədər, dizelin qiyməti isə 20 tetriyə qədər bahalaşıb. 24News.ge xəbər verir ki, bundan əvvəl, sentyabrın 9-na olan məlumata görə, 5 gün ərzində yanacağın qiyməti 3-16 tetri arasında artmışdı. Sentyabrın 6-da isə üç gün ərzində qiymətlərdə 10 tetriyə qədər artım qeydə alınmışdı. Sentyabrın əvvəlindən yanacağın qiymətlərini müqayisə etdikdə, son 20 gün ərzində benzinin qiymətinin 20–25 tetri, dizelin qiymətinin isə 35–40 tetri artdığı görünür. Hazırda müxtəlif brend yanacaqdoldurma məntəqələrində qiymətlər aşağıdakı kimidir: Wissol: Eko Super – 4,54 lari (16 sentyabr: 4,47 lari) – 7 tetri artım; Eko Premium – 4,09 lari (4,04 lari) – 5 tetri artım; Eko Dizel – 4,87 lari (4,77 lari) – 10 tetri artım; Euro Dizel – 4,83 lari (4,73 lari) – 10 tetri artım; Euro Regular – 3,89 lari (3,84 lari) – 5 tetri artım. Socar: Nano Super – 4,44 lari (dəyişməyib); Nano Premium – 4,02 lari (dəyişməyib); Nano Euro Regular – 3,82 lari (dəyişməyib); Euro 5 Dizel – 4,70 lari (4,52 lari) – 18 tetri artım; Nano Euro 5 Dizel – 4,80 lari (4,62 lari) – 18 tetri artım. Rompetrol: Efix Super – 4,50 lari (dəyişməyib); Efix Euro Premium – 4,05 lari (dəyişməyib); Efix Euro Regular – 3,84 lari (dəyişməyib); Efix Euro Dizel – 4,87 lari (4,75 lari) – 12 tetri artım; Euro Dizel – 4,79 lari (4,67 lari) – 12 tetri artım. Gulf: G-Force Super – 4,55 lari (4,49 lari) – 6 tetri artım; G-Force Premium – 4,09 lari (4,04 lari) – 5 tetri artım; Euro Regular – 3,89 lari (3,85 lari) – 4 tetri artım; G-Force Euro Dizel – 4,85 lari (4,65 lari) – 20 tetri artım; Euro Dizel – 4,75 lari (4,55 lari) – 20 tetri artım. Portal: Super – 4,19 lari (4,14 lari) – 5 tetri artım; Premium – 3,99 lari (3,94 lari) – 5 tetri artım; Euro Regular – 3,79 lari (dəyişməyib); Euro Dizel – 4,74 lari (4,59 lari) – 15 tetri artım; Effektiv Dizel – 4,64 lari (4,44 lari) – 20 tetri artım. Lukoil: Super – 4,48 lari (4,40 lari) – 8 tetri artım; Əlavəli Premium – 4,03 lari (3,98 lari) – 5 tetri artım; Regular – 3,83 lari (3,78 lari) – 5 tetri artım; Euro Dizel – 4,76 lari (4,67 lari) – 9 tetri artım. Məlumata görə, Gürcüstanda yanacağın qiymətinin artmasına baxmayaraq, dünya bazarında neftin qiymətində ucuzlaşma tendensiyası davam edir. Son bir həftə ərzində WTI markalı xam neftin bir barelinin qiyməti 102 dollardan 90 dollara, Brent markalı neftin qiyməti isə 105 dollardan 99 dollara qədər geriləyib.

www.24news.ge