Haqqımızda Reklam
23 
Sen
2026
15:32
4
0
348

Qırmızı bülletenlə axtarışda olan 61 nəfər Gürcüstandan Türkiyəyə ekstradisiya olunub

Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq səviyyədə “qırmızı bülleten”lə axtarışda olan ümumilikdə 76 şəxsin Türkiyəyə ekstradisiyasının təmin edildiyini açıqlayıb. 24News.ge xəbər verir ki, nazirliyin məlumatına əsasən, şəxslərdən 61-i Gürcüstandan, 4-ü Yunanıstan və Almaniyadan, 2-si Fransa və ABŞ-dan, digərləri isə Böyük Britaniya, Serbiya və Azərbaycandan Türkiyəyə qaytarılıb. Nazirliyin açıqlamasında bildirilib ki, beynəlxalq və milli səviyyədə axtarışda olan şəxslərin müəyyənləşdirilməsi və saxlanılması Türkiyənin aidiyyəti qurumları ilə xarici ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. Məlumata görə, Türkiyə Milli Polis Təşkilatının İnterpol-Europol şöbəsi, Ədliyyə Nazirliyi, KOM, Kəşfiyyat və Narkotiklərlə Mübarizə bölmələri, Kibercinayətkarlıq, İctimai Asayiş və Terrorla Mübarizə şöbələrinin əməkdaşları xaricə qaçan və barəsində axtarış qərarı olan şəxslərin izinə düşüblər. Açıqlamada qeyd olunub ki, müvafiq ölkələrin hüquq-mühafizə orqanları ilə aparılan əməkdaşlıq nəticəsində saxlanılan şəxslərin Türkiyəyə qaytarılması təmin edilib. Nazirlik bildirib ki, cinayət törətməkdə şübhəli bilinən və ya barəsində axtarış qərarı olan şəxslərin xaricə qaçaraq gizlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək.

www.24news.ge