Haqqımızda Reklam
23 
Sen
2026
17:00
1
5
806

Ov zamanı 12-ci sinif şagirdi səhvən güllələnib – gənc oğlan vəfat edib

Terjola bələdiyyəsində ov zamanı 12-ci sinif şagirdi səhvən güllələnib. 24News.ge xəbər verir ki, şagird yaxınlarından biri ilə bildirçin ovuna gedib. Ov zamanı yaxınlarından birinin açdığı atəş nəticəsində saçma ilə yaralanıb. Yaralanan şagird hadisədən təxminən 3 həftə sonra vəfat edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq başlanılıb. Qeyd olunan maddə ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmanı nəzərdə tutur.

www.24news.ge