Haqqımızda Reklam
18 
Sen
2026
19:43
5
3
290

Gela Geladzeyə dövlət mühafizəsi təyin olunub

Daxili işlər nazirinin müavini Gela Geladzeyə dövlət mühafizəsi təyin olunub. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin sentyabrın 15-də imzaladığı sərəncamda qeyd olunur. Sənədə əsasən, Geladzeyə dövlət mühafizəsi zəruri ilkin şərtlər qüvvədə olduğu müddətdə, lakin 2027-ci il sentyabrın 15-dək dövlət mühafizəsinin minimum standartlarına uyğun şəkildə təmin ediləcək. Mühafizə tədbirlərinin həyata keçirilməsi Dövlət Mühafizəsi Xüsusi Xidmətinə həvalə olunub. Qeyd edək ki, Gela Geladze sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamışdı. Onun yerinə Tamaz Boraşvili təyin olunub. Geladze isə bundan sonra Daxili İşlər Nazirinin müavini vəzifəsində fəaliyyət göstərəcək.

www.24news.ge