Haqqımızda Reklam
08 
Sen
2026
19:28
14
5
309

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib (VİDEO)

Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstanda tədrisin Azərbaycan dilində aparıldığı ümumtəhsil məktəblərinin 2026/2027-ci tədris ilində istifadəsi üçün 22 050 ədəd dərslik göndərib. 24News.ge xəbər verir ki, 18 adda "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri sentyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edilib. Dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən ölkədəki azərbaycandilli məktəblərə paylanacaq. Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında ümumtəhsil müəssisələrində istifadə olunan ana dili və ədəbiyyat dərsliklərinin mübadiləsi 1996-cı ildən həyata keçirilir. Bu əməkdaşlıq 21 fevral 2022-ci ildə imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində də davam etdirilir. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge