Haqqımızda Reklam
04 
Sen
2026
11:14
3
0
118

Avropa Komissiyası sentyabrın sonunadək yeni üzv ölkələr üçün məhdudiyyətlərlə bağlı təkliflər hazırlayacaq

Avropa Komissiyası sentyabrın sonunadək Avropa İttifaqının yeni üzv ölkələri üçün mümkün məhdudiyyətlər və qoruyucu mexanizmlərlə bağlı təkliflər hazırlayacaq. 24News.ge xəbər verir ki, bunu İrlandiyanın Avropa İttifaqı məsələləri üzrə naziri Tomas Börn Aİ-yə üzv ölkələrin Avropa məsələləri üzrə nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl bildirib. Görüşdə Aİ-yə üzvlüyə namizəd və potensial namizəd ölkələrin nümayəndələri də iştirak edib. Börn bildirib ki, görüş zamanı üzv dövlətlər arasında üzvlük prosesi çərçivəsində qoruyucu mexanizmlər məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, qoruyucu mexanizmlərin müzakirəsi Monteneqronun Aİ-yə üzvlük prosesinin də bir hissəsidir. Qeyd edək ki, bundan əvvəl genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos Aİ-nin genişlənmə prosesində dəyişikliklərin dörd əsas istiqamətini təqdim edib. Bunlara Aİ-nin daxili islahatları, demokratik təminatların gücləndirilməsi, mərhələli inteqrasiya və keçid tədbirləri daxildir.

www.24news.ge