Haqqımızda Reklam
04 
Sen
2026
13:20
8
1
132

Almaniyada Ukrayna üçün 5 mindən çox döyüş dronunun kütləvi istehsalına başlanılıb

Münhen yaxınlığında yerləşən müəssisədə Ukrayna üçün 5 mindən çox orta və uzaq mənzilli döyüş dronunun kütləvi istehsalına başlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Almaniya mediası Almaniya-ABŞ müdafiə şirkəti Auterion-a istinadən məlumat yayıb. Məlumata görə, ilk dronlar artıq Almaniya hökumətinin sifarişi əsasında yığılıb. Sifarişin tam şəkildə 2027-ci ilin ortalarına qədər icra ediləcəyi bildirilir. Sənaye mənbələrinin qiymətləndirməsinə görə, sifarişin ümumi dəyəri təxminən 300 milyon avrodur. Ukrayna ilə bu ilin fevralında başlayan əməkdaşlıq çərçivəsində əlavə sifarişlərin və uzunmüddətli müqavilənin imzalanması gözlənilir. Məlumata görə, Auterion dronlar üçün proqram təminatı və əməliyyat sistemi, Airlogix isə texniki komponentləri təmin edir. Dronların idarəetmə sistemində süni intellektdən istifadə olunur. Münhen yaxınlığındakı müəssisə ilə yanaşı, istehsalın Şərqi Almaniyada yerləşən daha bir müəssisədə də başlanması planlaşdırılır. Auterion-un baş direktoru Lorenz Mayer bildirib ki, Almaniya hazırda yüksək dəqiqlikli silahların istehsalı üçün böyük imkanlara malikdir və şirkət ilin sonunadək geniş ehtiyatların yaradılmasına imkan verəcək sistemləri istehsal etməyi planlaşdırır.

www.24news.ge