Haqqımızda Reklam
31 
Avq
2026
09:07
9
6
1167

Marneulidə azyaşlı bıçaqlanıb

Marneuli bələdiyyəsinin Daştəpə kəndində azyaşlılar arasında baş verən insident zamanı bıçaqlanma faktı qeydə alınıb. 24News.ge xəbər verir ki, hadisə zamanı azyaşlılardan biri digərinə bıçaqla xəsarət yetirib. Yaralı Marneuli şəhərində yerləşən “Aversi” klinikasına çatdırılıb. Onun sağlamlıq vəziyyətinin hazırda stabil olduğu bildirilir. Faktla bağlı istintaq başladılıb. Araşdırma Cinayət Məcəlləsinin 118-ci maddəsi (qəsdən sağlamlığa az ağır zərər vurma) ilə aparılır.

www.24news.ge