Haqqımızda Reklam
18 
Avq
2026
20:01
16
2
2233

SON DƏQİQƏ! Qaribaşvili həbsxanadan gözlənilən məktubu ictimaiyyətə açıqladı

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbsxanadan məktub yayıb. 24News.ge xəbər verir ki, Qaribaşvilinin sözlərinə görə, onun həbsi “korrupsiyaya qarşı mübarizə” kampaniyası adı altında planlaşdırılmış “çirkli təxribatdır”. O, mübarizəyə başlamaq qərarının səbəbi kimi hakim komandanın onun üçün “qırmızı xətləri” keçməsini göstərib. Qaribaşvili məktubunda həbsdə olmasının səbəbləri barədə cəmiyyətə həqiqəti danışmaq istədiyini bildirib: “Cəmiyyətə həqiqəti söyləmək istəyirəm: niyə həbsxanada olduğumu. Ötən il başlayan “korrupsiyaya qarşı mübarizə” kampaniyasının əsas məqsədi məni həbsxanaya salmaq və siyasi cəhətdən məhv etmək idi. Tam məsuliyyətlə bəyan edirəm ki, komanda və mənim üçün dəyərli olan bir insanla qarşıdurmaya girməmək üçün əlimdən gələn hər şeyi etdim. Məhz bu məqsədlə hüquqi mübarizədən imtina etdim və dövlətin və komandanın maraqlarına zərər vurmamaq üçün mənim üçün dağıdıcı olan prosesi sona qədər qəbul etdim. Təəssüf ki, bunun əvəzində qurulmuş çirkli təxribat, çoxsaylı yalanlar və ədalətsizliklə qarşılaşdım. Bütün bu müddət ərzində cəmiyyət mənim ağzımdan bir kəlmə belə eşitməyib. Mən bu sınağı tam səbrlə qəbul etdim. Lakin gözlənilmədən, iyul ayında dünən yayımladığım məktubu aldım. Məktubu mənə Mamuka Mdinaradze göndərmişdi. Həmin gün ona mövqeyimi bildirdim və bir daha siyasətə qayıtmaq niyyətində olmadığımı söylədim. Sözügedən ‘riskin’ qarşısını almaq üçün öz təklifimi də irəli sürdüm. Lakin mənə cavab olaraq bildirildi ki, mənim siyasətə qayıtmaq ehtimalımla bağlı yenə də 1 faizlik risk qalır və bunun qarşısını almaq üçün mənə korrupsiya ittihamı irəli sürülməsi və həmin ittihamı mənim etiraf etməyim zəruridir. Bu, mənim üçün qırmızı xətt idi və həyatımın ən çətin addımını atmağıma səbəb oldu. Buna görə də artıq başqa çıxış yolum olmadığı üçün məni mübarizəyə başlamağa məcbur edirlər”, – deyə Qaribaşvili yazıb.

www.24news.ge