Haqqımızda Reklam
18 
Avq
2026
12:09
16
4
708

Polis Akademiyasına ali təhsil müəssisəsi statusu verilib

Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyasına 6 il müddətinə şərtsiz avtorizasiya verilib və ali təhsil müəssisəsi statusu əldə edib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avtorizasiyanın nəticəsi olaraq Akademiyaya “İctimai təhlükəsizlik və polis işi” adlı bakalavr proqramının akkreditasiyası üçün Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzə müraciət etmək hüququ verilib. Məlumata görə, proqram ali təhsilin birinci pilləsinə – bakalavriata aiddir. Proqramın əsas məqsədi ictimai təhlükəsizliyin və hüquq qaydasının qorunması, cinayət və digər hüquq pozuntularının aşkarlanması, qarşısının alınması, araşdırılması, təhlili və profilaktikası istiqamətində yüksək ixtisaslı kadrlar hazırlamaqdır. Proqramı başa vuran məzunlara “İctimai təhlükəsizlik və polis işi üzrə bakalavr” kvalifikasiyası veriləcək. Qeyd olunub ki, Polis Akademiyası bundan sonra peşə təhsili proqramları ilə yanaşı, ali təhsil proqramlarının da həyata keçirilməsinə imkan əldə edəcək.

www.24news.ge