Haqqımızda Reklam
18 
Avq
2026
19:07
4
9
251

Brent markalı neftin qiyməti 90 dolları ötüb

Brent markalı neftin bir barrelinin qiyməti 90 ABŞ dollarını ötüb. Bu, iyulun 30-dan bəri qeydə alınan ən yüksək göstəricidir. 24News.ge xəbər verir ki, Reuters-in məlumatına görə, Brent nefti bu gün 91-92 dollar ətrafında ticarət olunur. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin qiyməti də yüksəlib və bir barrel üçün təxminən 85 dollara çatıb. Neft qiymətlərindəki artım ABŞ və İran arasında danışıqların nəticəsiz qalması və Hörmüz boğazında enerji daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda baş verib. Bazar iştirakçıları bölgədə gərginliyin uzanmasının qlobal neft tədarükünə təsir göstərə biləcəyindən ehtiyat edirlər. Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Boğazda vəziyyətin qeyri-müəyyən qalması neft qiymətlərinə əlavə təzyiq göstərir.

www.24news.ge